Azərbaycanda ət, süd və yumurta istehsalı artdı

14:11 - 18 İyun 2024

Azərbaycanda ət, süd və yumurta istehsalı artdı

2024-cü ilin yanvar-may aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 230,8 min ton ət, 915,1 min ton süd, 983,5 milyon ədəd yumurta, 11,4 min ton yun istehsal edilib.

 

Manset.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7%, süd stehsalı 0,6%, yumurta istehsalı 7,1% artıb, yun istehsalı isə 2,6% azalıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3352,4 milyon manat təşkil edib ki, onun da 2569,4 milyon manatı heyvandarlıq, 783 milyon manatı bitkiçilik məhsullarının payına düşür.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin