Azərbaycanla Qazaxıstan 50 milyon dollarlıq layihəyə başlayacaqlar

17:20 - 18 İyun 2024

Azərbaycanla Qazaxıstan 50 milyon dollarlıq layihəyə başlayacaqlar

Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsinə 50 milyon dollardan çox vəsait xərclənəcək.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Jaslan Madiyev məlumat verib.

O qeyd edib ki, layihəni Qazaxıstan və Azərbaycanın telekommunikasiya operatorları birgə həyata keçirəcəklər.

Məlumat üçün əlavə edək ki, Xəzər dənizinin dibi ilə Transxəzər fiber-optik kabel xətti layihəsi Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan Rəqəmsal İpək Yolu layihəsinin bir hissəsidir.


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin