Türk və gürcü azarkeşlər arasında DAVA

20:30 - 18 İyun 2024

Türk və gürcü azarkeşlər arasında DAVA

Dortmunddakı “Siqnal İduna Park” stadionunda “Avro-2024”ün qrup mərhələsinin ilk turunda komandaların oyunu öncəsi Gürcüstan və Türkiyə millilərinin azarkeşləri arasında dava düşüb.

 

Manset.az xəbər verir ki, hadisənin videosunu OFNews Telegram kanalı yayıb.

Kadrlarda iki komandanın azarkeşlərinin stadion sektorlarının sərhəddində dalaşması əks olunub. Onlar bir-birlərinə yad əşyalar atırlar.

F qrupunun Gürcüstan - Türkiyə oyunu bu gün keçiriləcək. Kvartetin digər oyununda Portuqaliya və Çexiya qarşılaşacaq.

İyunun 16-da İngiltərə - Serbiya matçı ərəfəsində britaniyalı və alban azarkeşlər Serbiya prezidenti Danilo Vuçiçin oğlu da daxil olmaqla, serb azarkeşlərin olduğu bara hücum ediblər. Onu davada iştirak edən mülki geyimli 20 xüsusi təyinatlı əsgər müşayiət edib. Nəticədə ingilislər davanın “bütün ağırlığını” öz üzərlərində hiss etməli olublar, albanlar isə oradan qaçdılar.

 


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin