Kişini səhv addımına görə diri-diri yandırdılar - DƏHŞƏTLİ VİDEO

15:48 - 21 İyun 2024

Kişini səhv addımına görə diri-diri yandırdılar - DƏHŞƏTLİ VİDEO

Pakistanın şimal-qərbində insanlar Quranı təhqir etməkdə şübhəli bilinən şəxsi öldürüblər.

 

Manset.az xəbər verir ki, bu barədə Pakistan yerli polisi məlumat yayılıb.

İnsident Svat rayonunun (Xayber Paxtunxva əyaləti) Madyan rayonunda baş verib, burada yüzlərlə insan şübhəli bilinən şəxsin aparıldığı polis məntəqəsinə basqın edib, oranı dağıdıb. Hücum edənlər həmin şəxsi polisin əlindən alıb və onu diri-diri yandırıblar. Qarşıdurmada yaralanan 11 nəfər xəstəxanaya aparılıb.

Asayişi bərpa etmək üçün hakimiyyət Madyana xüsusi təyinatlı dəstələri yerləşdirib.

 

Fidan Əliyeva


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin