ABŞ səfirliyi Azərbaycana başsağlığı verdi

16:22 - 21 İyun 2024

ABŞ səfirliyi Azərbaycana başsağlığı verdi

ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün Cəbrayıl rayonu ərazisində minatəmizləmə prosesi zamanı baş verən partlayışda insan itkisi ilə bağlı başsağlığı verib.
 

Manset.az xəbər verir ki, bu barədə səfirliyin "Facebook" hesabında paylaşım edilib:

"Bu gün sursat partlayışı nəticəsində həlak olan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşının ailəsinə başsağlığı veririk. Birləşmiş Ştatlar Azərbaycanın ölkəni minalardan təmizləmək səylərini qətiyyətlə dəstəkləyir".

Qeyd edək ki, ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü Raqif Deputat oğlu İsayev həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin