Vərəm olduğunu gizlədən rusiyalı tərbiyəçi uşaq bağçasına xəstəlik yaydı

09:10 - 22 İyun 2024

Vərəm olduğunu gizlədən rusiyalı tərbiyəçi uşaq bağçasına xəstəlik yaydı

Rusiyada uşaq bağçalarının birində qorxunc hadisə baş verib.
 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, 20 yaşlı tərbiyəçi uşaqları vərəmə yoluxdurub.

Bildirilib ki, Tıvada qadın vərəm xəstəliyini gizlədərək uşaq bağçasında işləməyə davam edib. Bunun nəticəsində uşaqlar arasında infeksiya yayılıb.

İlkin məlumatlara görə, azı doqquz uşaq bu təhlükəli xəstəliyə yoluxub. Hazırda onlar müalicə alırlar.

İşçi barəsində sanitariya-epidemioloji qaydalara əməl etməməyə görə cinayət işi açılıb.

Cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.


Xəbər xətti

24 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin