Bu gün Bakıda 32° isti olacaq - Faktiki hava

10:59 - 22 İyun 2024

Bu gün Bakıda 32° isti olacaq - Faktiki hava

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Manset.az-a bildirib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. 

G.Məmmədova deyib ki, bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir  leysan xarakterli yağış yağıb.

Onun sözlərinə görə, düşən yağıntının miqdarı aylıq normanın 20 %-ni təşkil edib:

“Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Hazırda zəif şimal-şərq küləyi əsir”. 

Qurum rəsmisi qeyd edib ki, bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu  27-32 dərəcə isti, çimərliklərdə dəniz suyunun temperaturu 24-27 dərəcə isti təşkil edəcək.


Xəbər xətti

24 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin