Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi xeyli azalıb

14:10 - 22 İyun 2024

Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi xeyli azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanla İtaliya arasında ticarət əməliyyatlarının həcmi 4 milyard 409 milyon 619 min ABŞ dolları təşkil edib.

 

Bu barədə Manset.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42% azdır.

Hesabat dövründə İtaliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 23,91%-i həcmində olub.

Beş ayda Azərbaycan İtaliyaya 4 milyard 228 milyon 930 min ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da illik müqayisədə 43% azdır. Bu dövrdə Azərbaycanın ümumi məhsul ixracının 37,97%-i İtaliyanın payına düşüb.

Yanvar-may aylarında Azərbaycan İtaliyadan məhsul idxalını illik müqayisədə 1,3% artıraraq 180 milyon 689 min ABŞ dollarına çatdırıb. Dövr ərzində İtaliya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 2,47%-ni təşkil edib.


Xəbər xətti

24 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin