Rusiyanın Azərbaycandakı səfiri ordenlə təltif edildi

21:33 - 22 İyun 2024

Rusiyanın Azərbaycandakı səfiri ordenlə təltif edildi

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Azərbaycandakı səfiri Mixail Yevdokimovu Aleksandr Nevski ordeni ilə təltif edib.

 

Manset.az xəbər verir ki, dövlət başçısının müvafiq fərmanı rəsmi hüquqi informasiya portalında dərc olunub.

Sənəddə qeyd olunur ki, Yevdokimov "Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsində böyük xidmətlərinə və uzun illər vicdanlı diplomatik xidmətinə görə" təltif edilib.

O, Rusiya Federasiyası Prezidentinin 14 iyun 2023-cü il tarixli sərəncamı ilə Azərbaycana səfir təyin edilib.


Xəbər xətti

24 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin