Azad edilmiş ərazilərdə ilk dəfə QHT forumu keçiriləcək

21:41 - 22 İyun 2024

Azad edilmiş ərazilərdə ilk dəfə QHT forumu keçiriləcək

Azad edilmiş ərazilərdə ilk dəfə QHT forumu keçiriləcək. 

 

Manset.az xəbər verir ki, forum iyunun 24-də Zəngilan rayonundakı Konqres Mərkəzində baş tutacaq.

Tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” işə başlayacaq. 200-ə yaxın ictimai birlikdən təmsilçilərin iştirak edəcəyi forumda “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələri keçiriləcək. Forum 2 gün davam edəcək.


Xəbər xətti

24 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin