BRICS sammitinin geniştərkibli iclası başladı - CANLI
23 Oktyabr 2024
16:26 - 23 İyun 2024
Azərbaycanın stolüstü tennisçiləri Rusiyanın Yakutsk şəhərində keçiriləcək "Asiya uşaqları" İdman Oyunlarında iştirak edəcəklər.
Manset.az xəbər verir ki, 2009-2010-cu il təvəllüdlü idmançiların qatılacağı yarışda 4 stolüstü tennisçi bacarığını göstərəcək.
Məşqçilər Elnur Hidayətzadə və Səbinə Əzizlinin rəhbərliyi ilə Şəbnəm Mansurova, Xədicə Eylazova, Tunar Bağirov və Uğur Nəzərli qələbə uğrunda mübarizə aparacaq.
İyunun 25-də start veriləcək yarışa beynəlxalq dərəcəli hakim Xəyalə Qiyasova da dəvət alıb.
Qeyd edək ki, "Asiya uşaqları" İdman Oyunlarına iyulun 7-də yekun vurulacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin