Mingəçevir su anbarında batanlardan birinin meyiti tapıldı

17:08 - 23 İyun 2024

Mingəçevir su anbarında batanlardan birinin meyiti tapıldı

Mingəçevir su anbarında batan balıqçılardan birinin meyiti su hövzəsinin Samux rayon ərazisinə aid hissəsində tapılıb.

 

"Report"a istinadən xəbər verir ki, iyun ayının 20-də Qax rayon Qaysarlı kənd sakini Hümbətov Rövşən Hümbət oğlu və Zaqatala rayon sakini Həsənov Vüqar Oruc oğlu Alazan çayının Mingəçevir Su anbarının, Samux rayon ərazisinə tökülən hissəsində qayıqdan suya düşüb və batıblar.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən Qax rayon sakini, Rövşən Hümbət oğlu Hümbətovun meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər şəxsin axtarışları isə davam etdirilir.


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin