Şabranda evə basqın - Ölən və yaralanan var

10:37 - 24 İyun 2024

Şabranda evə basqın - Ölən və yaralanan var

İyunun 24-də Şabran rayonunda fərdi yaşayış evlərindən birində Gülnarə Şıxkərəm qızı Hüseynovanın kəsici alətlə yetirilən xəsarətlərdən ölməsi, həyat yoldaşı Arif Qaspar oğlu Hüseynovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Manset.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvəllər məhkum olunan 1983-cü il təvəllüdlü Elçin Məmmədağa oğlu Fərzəliyev saxlanılıb, digər şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin