İran və Bəhreyn 8 ildən sonra münasibətləri normallaşdırır

10:49 - 24 İyun 2024

İran və Bəhreyn 8 ildən sonra münasibətləri normallaşdırır

İran və Bəhreyn 8 ildən sonra diplomatik əlaqələrin bərpası üçün ikitərəfli danışıqlara başlamaq qərarına gəlib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, iranın xarici işlər naziri Əli Bakıri və Bəhreyn xarici işlər naziri Əbdüllətif bin Rəşid əz-Zeyyani paytaxt Tehranda görüşüblər.

Görüşdən sonra yayılan birgə bəyanatda, iki nazirin Tehran və Manama arasında 8 il əvvəl kəsilən diplomatik əlaqələrin bərpası üçün ikitərəfli danışıqlara başlamaq barədə razılığa gəldiyi bildirilib.

Bəhreynin xarici işlər naziri Zayyani Asiya Əməkdaşlıq Dialoqu Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün Tehrana gəlib.

Xatırladaq ki, 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr ən-Nimr də daxil olmaqla 47 nəfərin “terrorçuluq” ittihamı ilə edam edilməsindən sonra İranda nümayişçilər ölkənin Tehrandakı səfirliyi və Məşhəd konsulluğu yandırıblar.

Hadisələrdən sonra iki ölkə arasında diplomatik əlaqələr kəsilib.

Körfəz və ərəb ölkələrinin əksəriyyəti Ər-Riyadın qərarını dəstəkləyib və Bəhreyn 2016-cı ilin yanvarında İranla diplomatik münasibətləri kəsdiyini açıqlayıb.

Səudiyyə Ərəbistanı 7 illik fasilədən sonra 10 mart 2023-cü ildə Çinin vasitəçiliyi ilə İranla əlaqələri bərpa etdikdən sonra Bəhreyn bunu alqışladığını açıqlayıb.

 

Fidan Əliyeva


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin