Rusiyada bu şəxslərin inzibati həbsi qadağan edildi

13:28 - 24 İyun 2024

Rusiyada bu şəxslərin inzibati həbsi qadağan edildi

Rusiya hökuməti 14 yaşından kiçik uşaqları olan və həyat yoldaşı olmayan şəxslərin inzibati həbs tətbiqini qadağan edən qanun layihəsini dəstəkləyib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, qanuna əsasən bunun səbəbi 14 yaşına çatmamış və bir valideynindən məhrum uşaqların valideynlərinin həbsi onların valideyn nəzarətindən kənarda qalmasına, həmçinin psixi sağlamlığına ciddi təsir göstərə bilər. 

Sənəddə həmçinin 14 yaşına çatmamış və ya sağlamlıq imkanları məhdud uşağın tək olan qəyyum, övladlığa götürən və ya himayəçisi olan şəxslərin inzibati qaydada həbsinə qadağa qoyulması da nəzərdə tutulur.

Bununla belə, Nazirlər Kabineti hesab edir ki, layihənin müddəalarından biri “ardıcıllıq prinsipinə cavab vermədiyi üçün” təkmilləşdirilməlidir.

Belə ki, təşəbbüsə əsasən, inzibati həbs qadağası əlil uşağı övladlığa götürən, qəyyum və ya himayəçiyə münasibətdə müəyyən edilir, lakin bu norma belə uşaqların valideynlərinə şamil edilmir.

Təşəbbüs müəllifləri bu qeydi nəzərə almağa dəvət olunur.

 

Fidan Əliyeva


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin