Azərbaycandan Həcc ziyarətinə gedən şəxslər Mədinədədi

14:24 - 24 İyun 2024

Azərbaycandan Həcc ziyarətinə gedən şəxslər Mədinədədi

Hazırda azərbaycanlı zəvvarların səkkiz qrupu Mədinəyə gəlib, digər qrup isə Məkkə şəhərindədir.
 

Manset.az Report.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri deyib.

Onun sözlərinə görə, bu gün də daha yeddi qrup Mədinə şəhərinə gələcək:

“İyunun 28-nə kimi bütün qruplar Məkkədən Mədinə şəhərinə gələcək. Hər gələn karvan Mədinə şəhərində üç gün qalır. Ayın 26-sı isə ilk qrup təyyarə ilə Bakıya yola salınacaq”.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1500 nəfər gedib.


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin