Şimali Koreya ABŞ-ni hədələdi

14:48 - 24 İyun 2024

Şimali Koreya ABŞ-ni hədələdi

"ABŞ-nin Ukraynadakı münaqişədə iştirakı yeni dünya müharibəsinin başlanmasına səbəb ola bilər".

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin katibi Park Çon Çxon bildirib.

"Əgər Birləşmiş Ştatlar Ukraynanı Rusiyaya qarşı proksi-müharibəyə sövq etməkdə davam edərsə, bu, Moskvanın daha qəti reaksiyasına və yeni dünya müharibəsinə səbəb ola bilər", - deyə katib bildirib.

Park Çon Çxon əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin ABŞ silahları ilə Rusiya sərhədləri yaxınlığındakı hədəflərə hücumları halında Moskvanın istənilən cavab zərbəsini seçmək hüququ var.

Qeyd edək ki, iyunun 19-da Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Pxenyanda danışıqlar zamanı hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayıblar. Rusiya lideri bildirib ki, Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişində sazişin iştirakçısı olan ölkələrdən birinə hücum olacağı təqdirdə yardım nəzərdə tutulur.

 

Fidan Əliyeva


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin