Kadırovun anasına sanksiya tətbiq edildi

16:54 - 24 İyun 2024

Kadırovun anasına sanksiya tətbiq edildi

Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiya paketi çərçivəsində Çeçenistan rəhbəri Ramzan Kadırovun anası Aymani Kadırovaya qarşı sanksiyalar tətbiq edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, ukraynalı uşaqların yenidən təhsil alması üçün “proqramın həyata keçirilməsi” və xüsusi əməliyyatda iştirak edən çeçen döyüşçülərin ailələrinə kömək etdiyi üçün sanksiya siyahısına salınıb.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı 14-cü sanksiyalar paketini təsdiqləyib.

Sanksiya paketində digər şeylərlə yanaşı, 116 fiziki və hüquqi şəxsə qarşı şəxsi sanksiyalar da yer alıb. 

 

Fidan Əliyeva


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin