Lənkəranda 90 yaşlı qadın yanaraq öldü

09:07 - 25 İyun 2024

Lənkəranda 90 yaşlı qadın yanaraq öldü

Lənkəranda binada yanğın olub, 90 yaşlı qadın yanaraq ölüb.
 

Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə Girdəni kəndi ərazisində qeydə alınıb.

Kənd ərazisində yerləşən iki mərtəbəli, 16 mənzilli binada yanğınla bağlı Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub.

Dərhal əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri, texnika və canlı qüvvəsi cəlb olunub.

Qısa müddət ərzində yanğının lokallaşdırılıb. Yanğının söndürülməsi zamanı mənzillərin birində 1934-cü il təvəllüdlü Əcəbnaz Əsgərəli qızı Əsgərovanın meyiti aşkar edilib.

Hadisə yerinə hüquq-mühafisə orqanları əməkdaşları baxış keçirib.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, bina sakinlərindən başqa xəsarət alan olmayıb.

Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin