Dünya çempionunun oğu intihar etdi

12:12 - 25 İyun 2024

Dünya çempionunun oğu intihar etdi

Orta ağır çəki dərəcəsində boks üzrə sabiq mütləq dünya çempionu Roy Consun oğlu Deandre intihar edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə sabiq boksçu sosial şəbəkə hesablarında paylaşım edib.

Onun sözlərinə görə, son dəfə oğlunu cümə günü evdə görüb. Sabahı gün isə Deandre özünə qəsd edib.

Qeyd edək ki, Roy Consun 32 yaşlı Deandredən başqa, Deşon və Roy adlı oğulları da var.

"Təəssüf ki, oğlum Deandre şənbə günü həyatını itirdi. Mən Allaha çox şükür edirəm. Allah mənə cümə gününü evdə ailəmlə keçirməyə izin verdi. Bilirəm, hazırda çox insan çətin dövrdən keçir, amma bizim həyatımız qiymətli deyil. Həyatı verən də, alan da Allahdır. 

Ailəmin və mənim bu çətin dövr ərzində göstərdiyimiz məxfiliyə hörmətlə yanaşmanızı xahiş edirəm.

Sevgi və dəstək üçün təşəkkürlər", - deyə paylaşımda qeyd olunub.

 

Fidan Əliyeva

Manşet.az

 


Xəbər xətti

23 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin