10 gün sonra sağ tapıldı

12:36 - 25 İyun 2024

10 gün sonra sağ tapıldı

ABŞ-nin Kaliforniya ştatında dağlarda gəzinti zamanı itən Lukac McClish 10 gün sonra xilas edilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Lukas Kaliforniyadakı Santa Cruz dağlarında bir neçə saat davam edəcəyini düşündüyü gəzintiyə çıxıb. 

Tezliklə qayıtmağı planlaşdırdığı üçün yanında fənər və qatlanan qayçıdan başqa heç nə götürmədiyini bildirən şəxs gəzintiyə çıxmazdan əvvəl heç kimə məlumat vermədiyini bildirib . 

O, vaxtının çoxunu suyun kənarında oturaraq, çəkmələrinə doldurduğu suyu içərək nəmlənməyə çalışaraq itirdiyini, acından ölməmək üçün yabanı çiyələk yediyini bildirib. 5 gün sonra, atalar günündə valideynlərinə baş çəkmədikdən sonra ailəsi gəncin qəzaya düşə biləcəyindən narahat olub.

Ailə onun itkin düşdüyünü hüquq-mühafizə orqanlarına bildirdikdən sonra Lukasın axtarışına başlanılıb.

O, itkin düşdüyü səkkizinci gün hipotermiyadan əziyyət çəkdiyini və bir müddət dağ aslanının onu izlədiyini söyləyib. Daha sonra qayadan yıxılıb və xilas edilməzdən əvvəl iki gün ərzində kömək üçün qışqırdığını deyib. 

 

Fidan Əliyeva

Manşet.az

 
 

Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin