DİN-dən narkotiklərlə mübarizə ilə bağlı VİDEOÇARX

14:59 - 25 İyun 2024

DİN-dən narkotiklərlə mübarizə ilə bağlı VİDEOÇARX

26 İyun - BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri barədə növbəti videoçarx hazırlanıb.

Dövlətimizin narkomaniya ilə mübarizə sahəsində apardığı siyasət, polis əməkdaşlarının bu istiqamətdə həyata keçirdikləri əməliyyat və profilaktik tədbirlər gənc nəslin həm psixoloji, həm də fiziki sağlam böyüməsinə öz töhfəsini verməkdədir.

Profilaktik tədbirlərin daha da artırılması məqsədi ilə hazırlanan bu videoçarxın daha geniş tamaşaçı auditoriyasına çatdırlması üçün göstərdiyiniz dəstəyə görə əvvəlcədən hər kəsə öz təşəkkürümüzü bildiririk.

Qeyd edək ki, videoçarxda baş rolda Azərbaycan Respublikasının Xalq artisti Həmidə Ömərova çəkilib.

 


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin