Azərbaycanda benzin bahalaşacaq?

17:20 - 25 İyun 2024

Azərbaycanda benzin bahalaşacaq?

Yaxın vaxtlarda Azərbaycanda “Aİ-92” markalı benzin və dizel bahalaşacaq. Bu barədə “Bakinski Burila” teleqram kanalı məlumat yayıb.


Manset.az xəbər verir ki, qiymət artımı çox olmayacaq.

Həmçinin vurğulanır ki, “Aİ-92” markalı benzinin keyfiyyəti yüksək deyil və nisbətən ucuzdur.

Qeyd edək ki, Aİ-92 və dizel bir tərəfdən ciddi ekoloji problemlər yaradır, digər tərəfdən isə dünyada geniş vüsət almış elektrik mühərriklərə Azərbaycanda keçidi ləngidir. Bu qərar elektrik avtomobillərə keçidini əsaslı şəkildə stimullaşdıracaq.

Hazırda ölkədə Aİ-92 markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 1 manat, dizelinki isə 80 qəpikdir.


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin