İranda səsvermə müddəti üçüncü dəfə uzadıldı: SƏBƏB

23:15 - 28 İyun 2024

İranda səsvermə müddəti üçüncü dəfə uzadıldı: SƏBƏB

İran Seçki Komissiyası prezident seçkiləri üçün səsvermə vaxtını üçüncü dəfə uzadıb.

 

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, məlumatı İran mətbuatı yayıb.

Qeyd edək ki, İranda prezident seçkiləri bu gün yerli vaxtla səhər saat 8-də başlayıb.

Seçki müddəti 18.00-da bitməli olsa da, əvvəlcə onu saat 20.00-a, sonra 22.00-a qədər uzadıblar. İndi isə səsvermə müddətinə daha 2 saat əlavə edilib, onun yerli vaxtla saat 00.00-da bitəcəyi açıqlanıb.

İran Seçki Komissiyası səsvermə müddətinin uzadılmasını isti hava ilə izah edib. Bildirilir ki, günün istisi səngidikdən sonra məntəqələrdə səs vermək istəyənlərin uzun növbələri yaranıb. Məsələn, İranın cənubunda termometr 46 dərəcəni keçib. Ölkənin mərkəzində havanın temperaturu 35 dərəcə səviyyəsində qalıb. Axşamüstü temperatur azalmağa başlayandan sonra vətəndaşlar seçki məntəqələrinə gedə biliblər.

Xatırladaq ki, prezidentlik yarışında dörd siyasətçi var: mühafizəkarlar Məhəmməd Bağer Qalibaf, Səid Cəlili, Mostafa Pourmohammadi və islahatçı Məsud Pezeşkiyan.


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin