ABŞ-nin vitse-prezidenti Baydenin debatda məğlub olduğunu etiraf etdi

09:30 - 30 İyun 2024

ABŞ-nin vitse-prezidenti Baydenin debatda məğlub olduğunu etiraf etdi

ABŞ-ın vitse-prezidenti Kamala Harris etiraf edib ki, prezident Cozef Baydenin (demokrat) respublikaçı Donald Trampla televiziya debatındakı çıxışı onun üçün yaxşı olmayıb.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Mən tam əminliklə deyirəm ki, biz seçkilərdə qalib gələcəyik. Tramp demokratiya üçün təhlükə yaradır və qarşıdan gələn noyabr seçkilərində üstünlüyü həmişəkindən daha yüksəkdir. Bir iyun gününə görə heç nə dəyişməməlidir”, - deyə o qeyd edib.

Xatırladaq ki, Demokrat Partiyasının donorları ABŞ prezidenti Cozef Baydenin debatdakı çıxışından sonra namizədin əvəzlənməsinin lazım olduğu qənaətinə gəliblər.


Xəbər xətti

25 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin