İsrail 55 fələstinlini azad etdi

22:30 - 1 İyul 2024

İsrail 55 fələstinlini azad etdi

İsrail tərəfi son aylarda Qəzza zolağında saxlanılan 55 fələstinlini azad edib.

 

Manset.az Publika.aza istinadən xəbər verir ki, sərbəst buraxılanlar arasında 2023-cü ilin noyabrında İsrail hərbçiləri tərəfindən saxlanılan "Əş-Şifa" xəstəxanasının rəhbəri Məhəmməd Əbu Səlmiyə də var. O, HƏMAS qruplaşmasına müəssisədən sığınacaq və əməliyyat planlaşdırmaq üçün baza kimi istifadə etməyə icazə verməkdə şübhəli bilinib.

Qeyd edək ki, aprel ayında İsrail Müdafiə Qüvvələrinin xəstəxanada keçirdiyi hərbi əməliyyat zamanı 200-ə yaxın HƏMAS yaraqlısı öldürülüb, daha 500 şübhəli isə saxlanılıb.


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin