Almaniya səfiri Türkiyə XİN-ə çağırıldı - FOTO

19:14 - 3 İyul 2024

Almaniya səfiri Türkiyə XİN-ə çağırıldı - FOTO

Almaniyanın daxili işlər naziri Nensi Faeser Merih Dəmiralın qələbə sevincini boz qurd işarəsi ilə ifadə etdiyi üçün onu UEFA-ya şikayət edib. Məsələ ilə bağlı Almaniyanın Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avstriya ilə matçda boz qurd işarəsi göstərən Merih Dəmirala qarşı UEFA-nın araşdırmaya başlaması gündəm olub.

Dəmiral, "Türk olmaqdan qürur duyuram, bunu hər dəfə deyirəm. Ona görə də sevincimi bu şəkildə ifadə etdim. Ümid edirəm ki, davam edəcəyik. Heç bir mesaj yoxdur, mən sadəcə nə qədər qürurlu və xoşbəxt olduğumu göstərmək istədim” - deyib.

UEFA məsələ ilə bağlı, "Türkiyə Futbol Federasiyasının futbolçusu Merih Dəmiralın 2024-cü il Avropa Çempionatının son 16 turunda Avstriya ilə Türkiyə arasında Leypsiqdə oynanılan matçda nalayiq hərəkətlər etdiyi iddiası ilə bağlı UEFA İntizam Əsasnaməsinin 31(()) maddəsi, Almaniya 2 iyul 2024-cü il. 4-cü maddəyə uyğun olaraq təhqiqat açılıb)" – deyə bildirib.

Məsələ ilə bağlı Almaniyanın Ankara səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.



Xəbər xətti

25 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin