Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ

14:18 - 09 İyul 2024

Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ

Qarabağ Universitetində kafedra müdiri vəzifəsi üzrə vakansiyalar elan olunub.


Elm və Təhsil Nazirliyindən Manset.az-a verilən xəbərə görə, Qarabağ Universitetinin Mühəndislik, Turizm, İncəsənət, Humanitar və sosial elmlər, Pedaqoji və İqtisadiyyat fakültələrində müvafiq kafedralar üzrə müdir vəzifəsinə vakansiyalar elan edilib.

Tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) kafedra müdiri” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Vakansiya üzrə son müraciət tarixi 22 iyul 2024-cü ildir. Namizədlər ətraflı məlumatla buradan tanış ola bilərlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv