Netflix ABŞ, Kanada, Böyük Britaniya və Avropa ölkələrində "reklamlarla əsas planını" həyata keçirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, seriallar, filmlər və sənədli filmlər kimi qlobal məzmunlar üçün yayım xidməti təqdim edən Netflix platforması Türkiyədə qiymətlərini artırıb.
Yeni artımın ardından ən aşağı qiymətli Əsas Plan 6.24 AZN-dən - 7.80 AZN-ə yüksəlib.
Standart Plan qiyməti 9.20 AZN-dən - 11.96 AZN-ə yüksəlib.
Xüsusi Plan qiyməti isə 11.96 AZN-dən 15.60 AZN -ə yüksəlib.
Fidan Əliyeva
Manşet.az