"Qarabağ" qələbə qazandı

21:52 - 09 İyul 2024

\"Qarabağ\" qələbə qazandı

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ikinci yoxlama matçını keçirib.

 

Manset.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşıb.

Görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan klubunun heyətində 22 və 44-cü dəqiqələrdə fərqlənən Leandro Andrade dubl edib. Rəqib komandanın yeganə qoluna isə 49-cu dəqiqədə Kristof Kabonqo imza atıb.

Qeyd edək ki, "köhlən atlar" günün ilk oyununda Almaniyanın "Kayzerslautern" klubu ilə üz-üzə gəlib. Qarşılaşma "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv