“Beril” qasırğası 8 nəfərin həyatına son qoydu

00:30 - 10 İyul 2024

“Beril” qasırğası 8 nəfərin həyatına son qoydu

ABŞ-də hökm sürən “Beril” qasırğası nəticəsində 8 nəfər həyatını itirib. 

 

Manset.az xəbər verir ki, ölənlərdən 7-si Texas, biri isə Luiziana ştatının sakinlərdir. Qasırğaya görə 2,3 milyon insan hələ də elektrik enerjisiz qalıb.

“Beril” qasırğası yerli vaxtla iyunun 7-si səhər saatlarında ABŞ-nin quru ərazisinə daxil olub və ölkənin 1500 km daxilində təhlükəli hava şəraiti formalaşdırıb. Hava kütlələri şimali-şərq bölgələrinə doğru irəliləyir və tufan riski yaradır.

Qeyd edək ki, “Beril” qasırğası iyunun 29-da Atlantik okeanında formalaşıb və Saffir-Simson Qasırğa Şkalasına əsasən 4-cü kateqoriyaya kimi yüksəlib. Karib dənizindəki ada dövlətlərində, Venesuelada hökm sürən qasırğa azı 11 nəfərin həyatına son qoyub. Hazırda qasırğanın sürəti 1-ci kateqoriyaya kimi azalıb. Bu, qasırğa üçün ən aşağı kateqoriya sayılsa da, tropikal fırtınadan güclü hesab olunur. “Beril” regionda ən erkən başlayan qasırğa kimi qeydə alınıb.


Xəbər xətti

24 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin