NATO-nun 75 illik yubileyi qeyd edilib

10:33 - 10 İyul 2024

NATO-nun 75 illik yubileyi qeyd edilib

NATO-nun Vaşinqtonda keçirilən Zirvə görüşündə alyansın 75 illiyi qeyd edilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.

Bildirilib ki, Zirvə görüşünün açılışı yubiley tədbiri ilə başlayıb. 

 Mərasimdə İkinci Dünya Müharibəsi, NATO-nun yaradılması, Bosniya müharibəsi, Krımın ilhaqı və Rusiya-Ukrayna müharibəsi kimi müxtəlif hadisələri əks etdirən videoçarx nümayiş etdirilib.

Bundan əlavə, yaxın aylarda ABŞ və onun tərəfdaşları Ukraynaya onlarla taktiki hava hücumundan müdafiə sistemi təqdim etməyi planlaşdırıb və Ukraynaya təhlükəsizlik yardımını davam etdirən 50-dən çox ölkənin koalisiyasına təşəkkür edib.

 

Fidan Əliyeva

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv