Bu il 23 mindən çox şəxsə əlillik təyin olunub

11:28 - 10 İyul 2024

Bu il 23 mindən çox şəxsə əlillik təyin olunub

Bu ilin yanvar-iyun ayları ərzində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 23,4 min şəxsə əlillik təyin edilib.


Manset.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, onlardan 11,5 mininə ilkin, 11,9 mininə təkrar əlillik təyinatı aparılıb.

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

 


Xəbər xətti

25 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin