Siyavuş Novruzov yenidən deputatlığa namizəd olacaq - Qərar verildi

13:40 - 10 İyul 2024

Siyavuş Novruzov yenidən deputatlığa namizəd olacaq - Qərar verildi

Siyavuş Novruzov namizədliyini irəli sürəcəyi seçki dairəsi ilə bağlı qərar qəbul edib.


Manset.az Konkret.az-a istinadən xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının üzvü kimi seçki yarışına Naxçıvan Muxatr Respublikasından, 5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsindən qatılacaq.

Onun artıq bununla bağlı üzvü olduğu hakim partiyadan razılıq aldığı bildirilir.

Qeyd edək ki, bu günlərdə onun parlament seçkilərinə qatılıb-qatılmayacağı ilə bağlı ziddiyyətli xəbərlər yayılmışdı.

Xatırladaq ki, YAP-ın namizədlər siyahısının iyul ayının 13-dən sonra elan olunacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv