“Belə məqamlarda Putini öldürmək istəyirsən” - Zelenskidən ŞOK AÇIQLAMA

17:15 - 10 İyul 2024

“Belə məqamlarda Putini öldürmək istəyirsən” - Zelenskidən ŞOK AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə gün əvvəl Kiyevdə “Oxmatdet” uşaq xəstəxanasına raket düşməsinə münasibət bildirib. 


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Zelenski bu barədə Vaşinqtonda Prezident Fondu və Ronald Reyqan İnstitutunda çıxışından sonra danışıb. 

“Mən atayam, Prezidentəm... Və insanları, uşaqları itirmək çox-çox çətindir. Bu insanları, valideynləri görəndə, onların övladları öləndə - bu cür məqamlarda Putini öldürmək istəyirsən”, - deyə Ukrayna lideri qeyd edib. 

Onun sözlərinə görə, Rusiya NATO sammiti ərəfəsində tibb müəssisəsinə bilərəkdən zərbə endirib.

Qeyd edək ki, Rusiya ordusu iyulun 8-i Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib. Hücum zamanı “Oxmatdet” uşaq xəstəxanasına da ziyan dəyib. Şəhərin meri Vitaliy Kliçko zərbə nəticəsində ümumilikdə Kiyevdə 5-i uşaq olmaqla, 34 nəfərin öldüyünü açıqlayıb. Onlardan ikisi “Oxmatdet”də həlak olub. Bununla yanaşı, daha 121 nəfər isə xəsarət alıb.


Xəbər xətti

24 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin