Məşhur futbolçu Argentina klubuna keçdi

17:10 - 10 İyul 2024

Məşhur futbolçu Argentina klubuna keçdi

"Benfika" klubunun sabiq hücumçusu Anxel Di Maria keçmiş klubu ilə müqavilə imzalayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, argentinalı sağ cinah hücumçusu Anxel Di Maria ölkəsinin "Rosario Sentral" klubuna qayıtmaq qərarına gəlib və tərəflər arasında razılıq əldə olunub.

Anxel Di Maria Argentina klubuna keçib

Anxel Di Maria futbolçu karyerasına məhz bu klubda başlayıb və daha sonra 2007-ci ildə səkkiz milyon avro qarşılığında "Benfika"ya transfer olunub.

Qeyd edək ki, Di Maria 2023/24 mövsümündə "Benfika" forması ilə 49 oyunda meydana çıxıb və 17 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin