Ceyhun Bayramov Belçika XİN rəhbəri ilə görüşdü

18:07 - 10 İyul 2024

Ceyhun Bayramov Belçika XİN rəhbəri ilə görüşdü

ABŞ-də səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadija Labib ilə görüşüb.

 

Manset.az xəbər verir ki, görüşdə Azərbaycanla Belçika arasında ikitərəfli əməkdaşlıq, eləcə də ticarət, enerji təhlükəsizliyi, nəqliyyat kommunikasiya, habelə ölkəmizin COP29-a sədrliyi ilə əlaqədar, o cümlədən digər sahələrdə tərəfdaşlıq məsələləri müzakirə edilib.

Eyni zamanda tərəflər post-konflikt dövründə regional vəziyyət və Ermənistan-Azərbaycan normallaşması ilə bağlı fikir mübadiləsi aparıblar.


Xəbər xətti

24 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin