Çinin Şandun əyalətində 92 yaşlı təqaüdçü Qocalar evinin hasarına dırmanaraq qaçıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə kameraya düşüb. Qocalar evində qalmaq istəməyən qadın 24 saniyə ərzində hasarı aşaraq o üzə keçib.
Hadisənin videosu sosial şəbəkəyə yüklənib və 1,2 milyon baxış yığıb.
Yaşlı qadının əvvəllər alpinizmlə məşğul olduğu bildirilir.