“Sumqayıt” heyətinə daha bir futbolçu cəlb edib.
Manset.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Slavişa Radoviç ilə 1+1 illik müqavilə imzalayıb.
Serbiyalı müdafiəçi son mövsümü Bosniya və Herseqovinanın “Sarayevo” klubunda keçirib.
Qeyd edək ki, “Sumqayıt” bunadək Rəhim Sadıxov və Fernando Medeyrosun keçidini rəsmiləşdirib.