Bu küçədə yeni yol infrastrukturu quruldu

18:19 - 11 İyul 2024

Bu küçədə yeni yol infrastrukturu quruldu

Bakının Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə Akademik Həsən Əliyev küçəsi arasında yerləşən hissəsində təmir-bərpa işləri aparılıb.

 

Manset.az xəbər verir ki, 910 metr uzunluğa malik ərazidə müasir standartlara cavab verən yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib.

Nişanlanma xətlərinin əksəriyyəti ikikomponentli boya ilə çəkilib. Həmçinin boyanın işıq qaytarıcılığını artırmaq məqsədilə şüşə tozundan istifadə olunub.

Quraşdırılan yol nişanları isə ilk dəfə olaraq ikiqat bükülüb, uzunmüddətli korroziyayadavamlı və ekoloji cəhətdən təmiz materialdan hazırlanıb. Yolda hərəkət iştirakçılarının rahatlığının və təhlükəsizliyinin təmin edilməsi üçün nişanların görünməsi, işıqqaytarıcılığı maksimum dərəcədə təmin edilib.

Üstün görünmə qabiliyyətinə malik bu nişanlar sərt hava şəraitindən asılı olmayaraq, uzun müddət bütöv və oxunaqlı qalır.


Xəbər xətti

25 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin