"Səbail" Türkiyə klubuna məğlub oldu

19:12 - 11 İyul 2024

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan "Səbail" bu gün ilk yoxlama oyununu keçirib.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, Şahin Diniyevin baş məşqçisi olduğu komanda qardaş ölkənin I Liqa təmsilçisi “Ərzurumspor”la üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, iyulun 13-də Superliqa klubu "Hatayspor"la qarşılaşacaq "dənizçilər"in sonuncu rəqibi hələlik bəlli deyil.


Xəbər xətti

25 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin