Ərdoğan Zelenski ilə görüşdü - FOTO

21:35 - 11 İyul 2024

Ərdoğan Zelenski ilə görüşdü - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, görüşdə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, MİT sədri İbrahim Kalın, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri səfir Akif Çağatay Kılıç iştirak edib. 

Türkiyə Prezident Administrasiyasının Rabitə İdarəsindən bildirilib ki, görüş çərçivəsində Ukrayna-Rusiya müharibəsinin gedişi, regional və qlobal məsələlə müzakirə edilib, Ərdoğan Türkiyənin Ukrayna-Rusiya müharibəsini ədalətli sülh yolu ilə bitirmək üçün səylərini davam etdirdiyini açıqlayıb. O, Qara Dəniz Taxıl Təşəbbüsünün canlandırılması istiqamətində işlərə başlanıldığını bəyan edib.

Ərdoğan həmçinin bəyan edib ki, Türkiyə sülhə zəmin yaratmaq üçün vasitəçilik də daxil olmaqla istənilən təşəbbüsə hazırdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az