Bakının Yasamal rayonunda yol nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.
Manset.az Apa-ya istinadən xəbər verir ki, qəza İnşaatçılar prospektində qeydə alınıb. Belə ki, “Hyundai” markalı avtomobilin sürücüsü yüksək surətlə hərəkətdə olan zaman sükana nəzarəti itirib.
Nəticədə avtomobil hərəkətdə olan digər 2 avtomobilə çırpılıb. Qəza zamaı 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə çağırılan təcili yardım briqadası yaralıları xəstəxanaya çatdırıb.
Qəza səbəbindən prospektdə hərəkət məhdudlaşdırılıb. Hadisə ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib.
Avtoqəzanın səbəbləri araşdırılır.