“Azərbaycan və Pakistan bir-birini dəstəkləyən qardaş ölkələrdir” - Səttar Möhbalıyev

10:55 - 12 İyul 2024

“Azərbaycan və Pakistan bir-birini dəstəkləyən qardaş ölkələrdir” - Səttar Möhbalıyev

“Məlumdur ki, dövlətimizin müstəqilliyinin ilk illəri son dərəcə ağır keçib. Demək olar ki, bütün sahələr böhran içində idi, iqtisadi, siyasi tənəzzül getdikcə dərinləşirdi. Bir tərəfdən də işğalçı ölkənin ərazilərimizi hərbi yolla zəbt etməsi, insanlarımızın məcburi köçkün halına düşməsi vəziyyəti daha da gərginləşdirirdi. Bundan başqa, ölkəmizin həm daxili, həm də xarici siyasətində çaşqınlıq hökm sürürdü, vahid dövlət siyasəti formalaşmamış, ortada konkret mövqe də yox idi. Təbii ki, bütün bu qeyd olunanlar xarici ölkələrlə münasibətlərin qurulmasına, ümumiyyətlə, ölkəmizin mövcud beynəlxalq sistemə daxil olmasına ciddi maneələr yaradırdı. Belə bir durumda bizə yaxın gələn, ürəkdən dəstək verən, Türkiyədən sonra dövlətimizin müstəqilliyini ikinci tanıyan, ilk diplomatik münasibətlər quran qardaş Pakistan olub. Dost ölkə bu əlaqələrə hər zaman xüsusi önəm verib və daim gündəmdə saxlayıb. Odur ki, Azərbaycan-Pakistan əlaqələri bu illər ərzində yüksələn xətlə inkişaf edib, strateji müttəfiqlik səviyyəsinə çatıb”.

 

Manset.az xəbər verir ki, bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Ulu Öndər Heydər Əliyevin 1994-cü ilin dekabrda beynəlxalq tədbir çərçivəsində həmin vaxt Pakistanın Baş naziri olmuş Benazir Bhutto ilə görüşünü xatırladan AHİK sədri bildirib ki, məhz bundan sonra təmaslar və qarşılıqlı səfərlər intensivləşdi, ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoydu: “1995-ci ildə Pakistanın ovaxtkı prezidentinin ölkəmizə, 1996-cı ildə isə Ümummilli Lider Heydər Əliyevin qardaş ölkəyə rəsmi səfəri əlaqələrimizdə yeni səhifələr açmışdır. Dövlətimizin başçısı cənab İlham Əliyev ilk dəfə prezident seçildikdən sonra da Pakistanla əlaqələr ölkəmizin xarici siyasətində prioritet olub, yüksək səviyyəli münasibətlər davam etdirilib. Təşkil olunan qarşılıqlı rəsmi və işgüzar səfərlər, eləcə də beynəlxalq tədbirlər çərçivəsində dövlət və hökumət başçıları səviyyəsində baş tutan görüşlər, faydalı əməkdaşlığa dair aparılan müzakirələr münasibətlərin dinamikasına təkan verib, bir çox sahələr üzrə əməkdaşlığın genişlənməsinə səbəb olub”.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin