Bu küçədə təmir işləri davam etdirilir - VİDEO/FOTO

17:00 - 12 İyul 2024

Bu küçədə təmir işləri davam etdirilir - VİDEO/FOTO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası çərçivəsində Yasamal rayonu, Miкayıl Müşfiq küçəsində aparılan təmir işləri davam etdirilir. 

 

Manset.az xəbər verir ki, artıq sözügedən küçənin İsmayıl bəy Qutqaşınlı  küçəsindən Mətbuat prospektinədək olan hissəsi üzrə frezlənmə işləri aparılıb, hazırda bu hissəyə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.
 
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də yerinə yetiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv