42 qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

16:51 - 15 İyul 2024

42 qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Keniya polisi Nayrobi gecəqondusundakı zibillikdə bir neçə qadının cəsədini aşkar etdikdən sonra qətllərdə şübhəli bilinən şəxsi saxlayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli “Star” qəzeti hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Keniya Cinayət Axtarış Departamentinin rəhbəri Mohamed Aminin sözlərinə görə, saxlanılan şəxs iki il ərzində 42 qadını öldürdüyünü etiraf edib.

Bundan əvvəl “Citizen Digital” nəşri xəbər vermişdi ki, polis Keniya paytaxtının Kvare gecəqondundakı zibilxanada cümə və şənbə günləri zibil torbalarına bükülmüş bir neçə qadın cəsədi tapıb. Prezident bildirib ki, ümumilikdə 9 cəsəd aşkarlanıb, lakin şahidlər bu sayın daha çox olduğunu deyiblər.

Şənbə günü polis cavab tələb edən qəzəbli kütlənin qarşısını almaq üçün havaya atəş açmalı olub.

 

Fidan Əliyeva

Manset.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az