Peruda axtarış-xilasetmə qrupları 22 il əvvəl yoxa çıxan alpinistin cəsədini tapıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, amerikalı alpinist Uilyam Stampfl 2002-ci ilin iyununda Perunun 4-cü ən hündür dağı olan Huaskarana dırmaşmağa getdikdən sonra ondan xəbər yox idi.
59 yaşlı alpinist və komandası And dağlarında 6700 metrlik dağa qalxarkən qar uçqunu altında qalıb.
Peru polisinin bazar ertəsi verdiyi açıqlamada, bölgədəki buzların əriməsi nəticəsində Stampflın cəsədinin ortaya çıxdığı bildirilib.
Bildirilib ki, Stampflın bədəni, paltarları, dırmaşma alətləri və çəkmələri soyuq sayəsində çox yaxşı qorunub saxlanılıb.
Polis axtarış-xilasetmə qruplarının cəsədin üzərində pasport tapdığını və bununla da alpinistin şəxsiyyətinin təsdiqləndiyini bildirib.
Dünyanın hər yerindən alpinistlər Huascaran və Cashan kimi qarlı zirvələrə sahib olan Perunun şimal-şərqindəki dağlara gedirlər.
Ötən ay eyni ərazidə 35 yaşlı italyan alpinist Tomas Françininin cəsədi tapılmışdı. Bildirilib ki, alpinist dırmaşarkən yıxılaraq dünyasını dəyişib.
May ayında israilli alpinistin cəsədi yoxa çıxdıqdan təxminən bir ay sonra tapılmışdı.
Fidan Əliyeva
Manşet.az