Bu tarixdən internetdən imtina edənlər cərimələnəcək
13 Sentyabr 2024
17:41 - 15 İyul 2024
Küveyt Neft Korporasiyası iyulun 14-də Küveytin Fars körfəzindəki Fayaka adasının şərqində nəhəng əl-Nohata adlı neft yatağını aşkarladığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, iyulun 14-də KPC-nin sosial şəbəkə səhifəsində videoçarx yayımlayan Korporasiyanın baş direktoru Şeyx Navaf Səud əl-Sabahın sözlərinə görə, yatağın ehtiyatları ölkənin üç il ərzindəki ümumi hasilatına bərabərdir.
Baş direktor bildirib ki, ilkin hesablamalara görə, yataqda təxminən 2,1 milyard barel neft və 5,1 trilyon kubfut qaz ehtiyatı ola bilər ki, bu da təxminən 3,2 milyard barel neft ekvivalentinə bərabərdir.
Küveyt Neft İxrac Edən Ölkələr təşkilatında (OPEC) beşinci ən böyük neft istehsalçısıdır və gündəlik təxminən 2,48 milyon barel hasil edir. Ölkə dünyanın ən böyük neft ehtiyatlarından birinə sahibdir və hasilatı 2035-ci ilə qədər gündəlik 4 milyon barelədək artırmaq niyyətindədir.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin