ABŞ islam ölkəsində nüvə obyekti yaradır

16:41 - 16 İyul 2024

ABŞ islam ölkəsində nüvə obyekti yaradır

“Səudiyyə Ərəbistanı ABŞ-dan təhlükəsizliyinə zəmanət qarşılığında İsraillə münasibətləri normallaşdırmaq istəyir”.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

“Səudiyyəlilər zəng etmişdilər, onlar İsraili tanımaq istəyirlər”, – o bildirib.

Bayden Səudiyyənin bunun qarşılığında Fələstinlə bağlı şərt irəli sürüb-sürməməsi ilə bağlı məsələyə aydınlıq gətirməyib.

ABŞ Prezidenti həmçinin əlavə edib ki, Vaşinqton Səudiyyə Ərəbistanı üçün mülki nüvə obyekti yaradacaq. O bu obyektin ABŞ hərbçiləri tərəfindən istifadə olunacağını və Ər-Riyada yanacaqdan istifadəni azaltmağa kömək edəcəyini bildirib.

 

 

Fidan Əliyeva

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv