Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) əməkdaşları ölkə Prezidenti Sadır Japarovun qardaşı oğlu Ulan Japarovu saxlayıblar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, U.Japarov barəsində 19 avqusta qədər həbs qətimkan tədbiri seçilib.
"O, ağır cinayət - xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur", - deyə məlumatda qeyd edilib.
2023-cü ilin iyun ayında Ulan Japarov artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. O, gömrükdə korrupsiya sxemlərində iştirakda ittiham olunurdu. Sonradan cəzası ev dustaqlığı ilə əvəzlənmişdi.
Fidan Əliyeva
Manşet.az